Müğənninin intim fotolarını  oğurlayıb paylaşdılar
10 dekabr 2024 13:42 (UTC +04:00)

Müğənninin intim fotolarını oğurlayıb paylaşdılar

Fırıldaqçılar Anna Astinin intim fotolarını oğurlayıb internetə sızdırıblar.

Lent.az xəbər verir ki, müğənni Anna Asti İnstaqram səhifəsində cinayətkarların qurbanı olduğunu etiraf edib.

İfaçının sözlərinə görə, təcavüzkarlar onun telefonuna qeyri-qanuni daxil olub və ondan şəxsi məlumatları oğurlayıblar. İyul ayından onu və ərini şantaj ediblər. Onlar Astidən onun smartfonundan intim fotolarını internetə yerləşdirəcəkləri ilə hədələyərək ondan külli miqdarda pul tələb ediblər: “Nəticədə şəxsi şəkillərim sızdı və mənə aid olmayan video əlavə olundu. Bütün fotomateriallar sırf ərim üçün nəzərdə tutulub və bəli, bizim şəxsi intim həyatımız var”.

Asti sızan materialların yayılmasını dayandırmağa çağırıb. O qeyd edib ki, cinayətkarlar onun şəxsi həyatını kobud surətdə pozub və onun nüfuzuna xələl gətirməyə cəhd ediblər. Biz yaxınıq, bir-birimizi sevirik və birlikdə bu sınaqdan çıxırıq”, - deyə o, bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar