"Müğənnilər qonağın başının üstünü kəsdirir ki, hörmət etsinlər" - Əməkdar artist
25 fevral 2022 09:05 (UTC +04:00)

"Müğənnilər qonağın başının üstünü kəsdirir ki, hörmət etsinlər" - Əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarının toyda özlərini aparmasından gileylənib.

Lent.az-ın məlumatına görə, müğənni bu barədə "7 canlı" verilişində danışıb:  
"Bəzən toylarda görürəm müğənnilər gedir qonağın başının üstünü kəsdirir ki, hörmət etsinlər. Bu sənət ağa kimidir. Bunu ağa kimi işlətməlisən. İstedadın varsa, fəxr etməlisən. Müğənni özünü böyük aparmamalıdır. Müğənni milyonçu olmayıb heç vaxt. Xalqdan biridir. 

Müğənni əvvəl paxıl olmamalıdır. Qrupunda hamıya dəstək olmalısan. Nə olar 100, 200 manat artıq verəndə? Hərtərfli anlayış olmalıdır. Heç vaxt insanları incitməmişəm. 3 min, 4 min, nə veriblər onu da götürmüşəm. Ondan artıq verəndə götürməmişəm. Vəzifəli şəxs də verəndə almıram. Çünki olursan ondan asılı. Başqa məclisdə olanda deyirlər filankəs oturub, gedib görüşməlisən. Getməyəndə başına qaxırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3972
avatar

Yalçın UĞUR

Oxşar yazılar