Müğənni Nurlan Əzizbəyli  dəyişib belə oldu
07 iyul 2022 13:11 (UTC +04:00)

Müğənni Nurlan Əzizbəyli dəyişib belə oldu

Müğənni Nurlan Əzizbəyli 39 kilo arıqlayıb.

Lent.az-ın məlumatına görə, mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə efirə çıxan müğənni 106 kiloqramdan 67 kiloqrama qədər arıqladığını deyib. Onun sözlərinə görə, çoxdan üzünü görməyən tanışlarının hamısı görüş zamanı təəccüblənir.

"Mədəkiçiltmə əməliyyatına girəndə 106 kiloqram idim. Hazırda çəkim 67 kiloqramdır. Xanımım da əməliyyat olunub, 20 kilo da o verib”,- deyən müğənni əlavə edib ki, əvvəllər pəhrizlə, idmanla arıqlamağa çalışsa da, istədiyi nəticə əldə edə bilməyib. 

 “Artıq məndə kompleks yaranmışdı. Səhnə bunu tələb edir. Üstəlik, son zamanlar köklük və piylənmə əziyyət verirdi ",- o bildirib.

# 3966
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar