Xəbər verdiyimiz kimi, toyda dava edən müğənni Kərim Abasovun ölkədən çıxışına "stop" qoyulmuşdu.
Lent.az-ın məlumatına görə, sənətçinin qadağası aradan qaldırılıb. İfaçı artıq xaricə səfər edə bilir.
Belə ki, Kərim hava limanından görüntü yayımlayaraq Rusiyaya getdiyini göstərib. "Gedək, tur ataq, beynimiz dincəlsiz. Daha yerdə gəzmək bəsdir" deyə, o qeyd edib.
Xatırladaq ki, Kərim ötən ilin sentyabrında toy məclislərinin birində döyülməsi xəbəri ilə gündəmə gəlib. Onun fonoqram oxuduğu üçün toyda olan qonaqlar tərəfindən döyüldüyü iddia olunub. Barmağı zədələnən ifaçıdan qarşı tərəf də polisə şikayət etmişdi.
Kərim verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi:
"Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".