Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü uşaq barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Ona qalsa” verilişində bildirib ki, uşağı qohumundan övladlığa götürüb:
“Uşağın ata-anası öz qohumudur. Heç bir zaman risk edib deyə bilməzdim ki, övladını mənə ver. Məncə, bunu heç bir qadın deyə bilməz. Bu, mümkün deyil. Uşağı 4 aydan sonra götürdüm. Uşağın adı Nəfsidir. Bu, uşağın anasının valideyninin adıdır. Anası mənə dedi ki, anamın çəkdiyi əziyyətləri qızımın da çəkməsini istəmirəm. Ona görə də bu övladı sənə verirəm. Bilirəm ki, onu yaxşı böyüdəcəksən. Ona görə də qəbul etdim”.