Məşhurlardan Həcc ziyarətinə kimlər gedəcək? - “Çox bahadır”
17 mart 2023 18:34 (UTC +04:00)

Məşhurlardan Həcc ziyarətinə kimlər gedəcək? - “Çox bahadır”

Bu il Həcc ziyarətinə səfərin vaxtı məlum olub. Məkkə və Mədinəyə, müqəddəs torpaqlara getmək bir çox insanın arzusudur. Bəs yerli şou-biznes əhlindən kimlər Həcc ziyarətinə gedib və kimlər getmək arzusundadır? 

Lent.az-ın əməkdaşı bununla bağlı sorğu keçirib. 

Xalq artisti Tünzalə Ağayevanın meneceri mövzu ilə əlaqədar danışıb:

“Tünzalə xanım Ümrə ziyarətində olub. Əlbəttə ki, özünü müsəlman hesab edən hər kəs Həcc ziyarətinə getmək istəyər. Qismət olsun, İnşallah”.

Aktyor, aparıcı Şəhriyar Əbilov da arzusunu Lent.az-a danışdı:

“Hər zaman arzum olub ki, Həccə gedim. Anam Ümrə ziyarətinə gedib. O sevinci ona yaşatmışıq. Mən də gələcəkdə ya Ümrə, ya da Həccə ziyarət etməyi planlaşdırıram. Mütləq o müqəddəs torpaqları görmək istəyirəm”.

Müğənni Şəbnəm Tovuzlu Lent.az-a “Qismət olarsa, gələcəkdə ziyarət edəcək”, - deyə, bildirdi.

Meyxana ifaçısı Samirə Yusifqızı isə Həcc ziyarətinin qiymətlərinin baha olmasından şikayətləndi:

“Elə bir müsəlman olmaz ki, müqəddəs torpaqları görmək istəməsin. Ancaq qiymətlər çox bahadır. Getmək mənim hünərim üçün deyil deyə düşünürəm. Anam getmək istəyir, amma göndərə bilməmişəm. Bu, onun ən böyük arzusudur. 
Həccə getməyi çox istəyirəm. Amma ora getsəm, sənətimi atacağam, bir də oxumayacağam. Daha sonra hicab bağlayacağam. Yəni Həccə gedib gələndən sonra gərək, dinimizin bizə buyurduğu qayda və qanunlara gərək əməl edəm. Yenə də Allahın hökmüdür. Qismət olsa, gedəcəyəm”.

Qeyd edək ki, Həcc ziyarətinə gedən məşhurlar arasında Xalq artistləri Səkinə İsmayılova, Bilal Əliyev, Alim Qasımov, Rusiyada yaşayan azərbaycanlı müğənni qardaşlar Rauf və Faiq, müğənni İzzət Bağırov, aparıcı Hacı Nuran Hüseynov, Əməkdar artistlər Nüşabə Ələsgərli, Mətanət İsgəndərli, “Bu şəhərdə”nin aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov, meyxanaçı Elşən Xəzər var. Bu yaxınlarda isə müğənni Mina Hüseyn sosial şəbəkə hesabında Ümrə ziyarətinə getdiyini bildirmişdi. 
 

# 3438
avatar

Nigar Namiq

Oxşar yazılar

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

2 iyun 2023 , 22:15
“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

2 iyun 2023 , 20:00
Onu  uşaq bilib   zorla...

Onu uşaq bilib zorla...

2 iyun 2023 , 18:52
Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

2 iyun 2023 , 18:10
Beyonsu  qum saatına   bənzətdilər 

Beyonsu qum saatına bənzətdilər 

2 iyun 2023 , 17:27
İki ulduz birlikdə  yaxalandı

İki ulduz birlikdə yaxalandı

2 iyun 2023 , 16:32
Məşhur müğənni restorandan qorxub qaçdı

Məşhur müğənni restorandan qorxub qaçdı

2 iyun 2023 , 15:46
Tanınmış aktrisa  yeni imici ilə   çox bəyənildi

Tanınmış aktrisa yeni imici ilə çox bəyənildi

2 iyun 2023 , 14:52