Rusiyalı məşhur müğənni Sati Kazanova hamilədir.
Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabında hamiləlik müddətində necə qidalanması barədə izləyicilərin suallarını cavablandırıb.
O, mismar batırılmış alma ilə qidalandığını bildirib.
“Qanda hemoqlobinin səviyyəsini yüksəltmək üçün bir neçə mismar batırılaraq 1 gün saxlanılmış almalarla qidalanıram. Dəmir dadı hiss olunur, amma yemək mümkündür. Belə almaları yedikdən sonra dilim, dişim qapqara olur”, - deyən müğənni bildirib ki, bu şəkildə qidalanmağı ona həkim məsləhət görüb.