Amerikalı ifaçı və doqquz “Qremmi” mükafatına sahib olan Billi Ayliş it olmaq istəyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, bir müsahibəsində bildirib.
23 yaşlı müğənniyə bir neçə həftəlik hansı heyvana çevrilmək istədiyi sual verildikdə, o cavab verib: "Mən yaxşı bir it olmaq istərdim. Sadəcə güclü, xoşbəxt, rahat və sevilən bir it".
Sənətçinin digər variantı isə at olmaq olub. “Məmnuniyyətlə bir çöldə çapardım” — deyə o izah edib.