Məşhur müğənni  ad gününü   görün harada qeyd etdi
23 fevral 2024 13:41 (UTC +04:00)

Məşhur müğənni ad gününü görün harada qeyd etdi

Rihanna 36 yaşını dəbdəbəli qeyd edib. 

Lent.az-ın xaric mediaya istinadən xəbərinə görə, müğənni sevgilisi A$AP Rocky ilə birlikdə bir neçə gün keçirmək üçün Venesiyaya yollanıb.

O və sevgilisi şəhərin məşhur Böyük Kanalı boyunca romantik ekskursiya keçirərkən qayıqda görünüblər.

Rihanna yapon dizayneri Junya Vatanbenin 2023-cü ilin payız/qış kolleksiyasından astarı xəzli qara rəngli dəri palto geyinib. Paltonun altından isə ətəyi krujevalı krem rəngli mini paltar geyinib.

Rihannanın obrazını bahalı “Dior” çantası tamamlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18546
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar