Məşhur model podiuma qırıq ayaqla çıxdı, hücuma məruz qaldı
04 mart 2024 14:06 (UTC +04:00)

Məşhur model podiuma qırıq ayaqla çıxdı, hücuma məruz qaldı

Paris Moda Həftəsində təqdim etdiyi 2024 payız/qış kolleksiyası Viktoriya Bekhem üçün asan keçməyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uzun müddətdir hazırladığı bu moda nümayişi məşhur ulduz üçün tam işgəncəyə çevrilib. Bir neçə həftə əvvəl idman edərkən ayağını sındıran Viktoriya Bekhem Parisə qoltuqağacı ilə getməli olub.

Moda dünyasının ən məşhur ulduzlarının gəldiyi moda gecəsinə qəfildən ekofəallar hücum edib, heyvan dərsindən istifadənin qadağan olunmasını tələb ediblər.

Viktoriya Bekhemin VB brendi heyvan dərilərindən hazırlanmış xüsusi bahalı çantalar hazırlayır.
Moda nümayişinin canlı yayımı da kəsilib və etirazçılar təhlükəsizlik əməkdaşları tərəfindən uzaqlaşdırıldıqdan sonra modellər ikinci dəfə podiumda gəzməyə məcbur olublar. Dəb nümayişinin sonunda qoltuq dəyənəkləri ilə səhnəyə çıxan Viktoriya Bekhem kolleksiyası ilə alqış toplasa da, çox əsəbi olub və üzündə təbəssüm görünməyib.

Sosial şəbəkə istifadəçiləri Viktoriyanın əri, keçmiş futbolçu Devid Bekhemin belə onun üzünü güldürə bilmədiyini yazıblar.

# 3360
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar