Məşhur bəstəkar  ÖLDÜ
30 yanvar 2023 13:04 (UTC +04:00)

Məşhur bəstəkar ÖLDÜ

Tanınmış amerikalı müğənni-bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, onun yanvarın 29-u dünyasını dəyişdiyi məlum olub. Bu barədə "Motown Records" şirkəti "Twitter"də paylaşım edib.

Xatırladaq ki, yaradıcılıq karyerasına 1959-cu ildə başlayan Barrett Stronq həmin il rok klassikinə çevrilən "Money" (That's What I Want) mahnısını yazıb. Bu mahnı o dövrdə "The Beatles" və "The Rolling Stones" tərəfindən ifa edilib. Bəstəkar bir çox hitlərin də müəllifi olub.

# 2217
avatar

Nigar Namiq

Oxşar yazılar