Məhkəmə Tatlısesin mirasını ona verəcək -  QƏRAR
07 iyul 2022 10:42 (UTC +04:00)

Məhkəmə Tatlısesin mirasını ona verəcək - QƏRAR

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin mirası ilə bağlı məhkəmənin qərarı açıqlanıb. 

Lent.az xəbər verir ki, məhkəmə qərarına əsasən, Tatlısesin mal-mülkünün varisi oğlu Ahmet Tatlıses olacaq. Bundan başqa, qərarda qeyd edilir ki, varis elan edilən Ahmet "malları satıla bilməz".

Sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olan xəbərə izləyicilər belə şərhlər yazıblar: "Yaxşı oldu, doğru qərar budur", "Sevgililərinə miras qoymağı düzgün olmazdı", bəziləri isə "Çox ayıb olub, o pulları İ.Tatlıses qazanıb".

Qeyd edək ki, bir müddət əvvəl İbrahim Tatlısesin "Başımdan vurulduğum gün oğlum (Ahmet Tatlısesi nəzərdə tutur-red.) kassaları yarmışdı" açıqlaması gündəmə bomba kimi düşmüşdü. 

 

# 3594
avatar

Nigar Namiq

Oxşar yazılar