Müğənni Lətifə Soyuöz bəzi həmkarlarına səslənərək sərt ismarıc verib.
Lent.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
"Saxta profillə məni izləyən sənət adamlarını salamlayıram. Hamı öz adıyla izləsin. Mən hamının profilinə öz şəxsi hesabımla baxıram. Burada nə var ki... Bir-birimizdən niyə utanırıq ki? Bir-birimizə baxa, sevgimizi yollaya bilərik"- yazan müğənninin kimə söz atdığı məlum olmayıb.