Kıvanç Tatlıtuğ və Serenay Sarıkayanın baş rollarında oynadığı “Ailə” serialı finala yaxınlaşır.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, serialda təyyarənin tualetində baş verən öpüşmə səhnəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Kıvancla Seranayın tualetdə öpüşərkən stüardessaya yaxalanması həyəcanlı anları bir qədər də alovlandırıb. Bu səhnə izləyicilərin böyük marağına səbəb olub.
Sosial şəbəkə ilzəyiciləri Aslan və Devin rollarının Kıvancla Serenaya çox yaraşdığını, cütlüyün ifasının möhtəşəm olduğunu bildiriblər.