Müğənni İbrahim Borçalı
11 avqust 2021 11:40 (UTC +04:00)

Müğənni İbrahim Borçalı

İbrahim Borçalı oğlu öləndən sonra İLK DƏFƏ toyda oxudu - VİDEO-YENİLƏNİB

”Düzdü kövrəldik, amma səni də yasdan çıxarmalı idik. Zöhrə xanım (İbrahim Borçalının həyat yoldaşı) toya gəlməsə də təşəkkür edirəm ki, sənin toya gəlməyinə etiraz etmədi. Bizim üçün dəyərlisiniz. Çox sagol İbo, Rəhimin ruhunu şad edib Nərgizin toyuna gəldin”.

Lent.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial hesabında paylaşıb. O, müğənni İbrahim Borçalı ilə birlikdə iştirak etdikləri toydan video paylaşıb. Videoda İbrahim Borçalının uzun müddətdən sonra ilk dəfə toyda oxuduğu görüntülənib.

Qeyd edək ki, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən ilin iyul ayının 18-də  avtomobil qəzasında dünyasını dəyişib. Oğlunun vaxtsız ölümündən sonra sənətdən uzaqlaşan sənətçi ilk dəfə toyda iştirak edib.

***

Saat: 10:21

 

Müğənni İbrahim Borçalı uzun müddətdən sonra toya gedib.

Lent.az xəbər verir ki, oğlunun vaxtsız ölümündən sonra sənətdən uzaqlaşan sənətçi ilk dəfə toyda iştirak edib. Belə ki, İbrahim Borçalı oğlunun uşaqlıq dostunu toyunda əlinə mikrafon alıb. Bu barədə şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşım edərək bildirib.

“Nəhayət İbrahim Borçalını toyda görə bildik. Xahiş edirəm koment yazanda diqqətli olaq. Qəlb qırmayaq. Çünki İbrahim oğlunun ən yaxın uşaqlıq dostu Nərgizin toyuna gəlib. Hamımızı kövrəltdin , İbo”.

Qeyd edək ki, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən ilin iyul ayının 18-də  avtomobil qəzasında dünyasını dəyişib.

İbrahim Borçalı oğlunun ölümündən sonra ilk dəfə toyda oxuyur

# 28713
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar