Xalq artisti Gülyanaq Məmmədova və həyat yoldaşı Ziya
01 iyun 2021 16:39 (UTC +04:00)

Xalq artisti Gülyanaq Məmmədova və həyat yoldaşı Ziya

Gülyanaq əri barədə GÖRÜN NƏLƏR DEDİ: "Hədiyyə hesab etmirəm"

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya barədə danışıb.

Lent.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində deyib:
"Sənsiz" mahnısını yoldaşıma həsr etmişəm. Mənsiz yaşaya bilməz, məni hədsiz çox sevir. Mən də onu sevirəm. Sevib alıb. Çünki başım sənətə qarışmışdı. Məni xoşbəxt qadın, ana edib. Ona dörd övlad bəxş etmişəm, bundan gözəl nə ola bilər?

Rəqs etməyi sevmir. Arada öz məclislərimizdə ola bilər. Ciddi xasiyyəti var. Evində zarafat edər, deyib-gülər. Amma kənarda heç vaxt.

Onun ən böyük hədiyyəsi mən, mənimsə odur. Başqa hədiyyələr isə ummuram. Ad günlərində, özəl günlərdə olanları hədiyyə hesab etmirəm. Önəmlisi can sağlığıdır. Hər bir gəncə arzulayıram ki, sənətlə bahəm ailəsi də olsun".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18525
avatar

Yalçın UĞUR

Oxşar yazılar