Pərvin Abıyeva, aktrisa
09 may 2022 14:18 (UTC +04:00)

Pərvin Abıyeva, aktrisa

GÖRMƏMİŞLİK – Pərvin Abıyeva üzüyünü gözümüzə soxdu

Xəbəri izləyəndə yalnız bir fikir gəlir ağıla – Bu nə görməmişlikdir?

Aktrisa Pərvin Abıyeva görün, nə deyir: "Üzüyümün qiyməti 13 min avrodur, hədiyyədir. Saatım isə 12 min dollardır. Bunu isə özüm almışam. Boyunbağım isə 2-3 min dollardır. Üzərimdəki şalvarın 100 manat qiyməti var”.

Lent.az-ın məlumatına görə, Pərvin Abıyeva bunları "Şourum" proqramında söyləyir. Özü də açıqlama verdiyi jurnalistə bir yuxarıdan aşağıya baxışı var ki... Bunu yalnız görmək lazımdır. Videonu xəbərin aşağısında izləyə bilərsiniz.

Üzüyünü kameralar vasitəsilə gözümüzə soxan aktrisa 1-2 nəfərdən başqa, bütün həmkarlarına zövqsüz dedi. Deyir ki, Azərbaycanda Aygün Kazımova, Röya Ayxanla zövqüm üst-üstə düşür. Bilir ki, bunlara gücü çatmaz onsuz da. Amma unudur ki, zövq məsələsi xeyli mübahisəlidir. Guya onu hamı bəyənir? Danışdırsan nələr deyərlər?..

# 4614
avatar

Oxşar yazılar