Müğənni Nadir Qafarzadə 28 il evli olduğu həyat yoldaşı Sevincdən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Xəbər ətər” verilişində bildirib ki, yoldaşı onu qısqanmır:
“Yoldaşım heç zaman mənim səhnə fəaliyyətimə qarışmır. Şou-biznesdə nə baş verirsə, onun üçün maraqlı deyil. O heç bilmir şou aləmində nələr və kimlər var. Ancaq ailəmizlə maraqlanır. Bu dəqiqə başı oğlumun toy hazırlıqlarına qarışıb. Mən elə insanları sevirəm ki, başı ailəsinə qarışır. Yoldaşım məni anlayır, deyir ki, sən sənətdəsən. Mən aktyor olsaydım, hər gün bir xanımla rol oynasaydım, qısqansaydı, gərək onda biz boşanaydıq. 28 ildir bir yerdəyik. Sadəcə bəzi rəylər bizi narahat edir. Deyirlər ki, bunun arvadı bunun əlindən nələr çəkir ? Narahat olmayın, onun dərdi yoxdur, siz öz dərdinizi çəkin”.
Qeyd edək ki, N.Qafarzadənin iki oğlu var.