Prodüser Tarix Əliyevin aparıcısı olduğu “Hər şey daxil” verilişi ən reytinqli səhər verilişi seçilib.
Lent.az-ın məlumatına görə, prodüser verilişdə bildirib ki, müğənni Əflatun Qubadovun proqramda qonaq olduğu gün reytinqdə səhər verilişləri sırasında 1-ci yerdə olub:
“Əflatun Qubadov mənim verilişimə gələndə reytinq 8.46 vermişdi. Bu səhər verilişi üçün çox böyük bir şey idi. İlk dəfə idi ki, verilişim bu qədər çox baxıldı. Səhər verilişləri arasında ən çox reytinq mənim verilişimdə oldu”.
Qeyd edək ki, həmin gün “Hər şey daxil”də Ə.Qubadovla yanaşı onun ifaçı oğlu Həbibi Qubadzadə və müğənni Nazənin də olub.