Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.
Lent.az-ın xəbərinə görə, xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakultəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı.
Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı.O Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.