Əməkdar artist Elnarə Abdullayeva özünə 4 milyon manat dəyərində villa tikdirib.
Lent.az xəbər verir ki, xanəndə həmkarı Zabit Nəbizadə ilə qonşuluqda özünə mülk qurub.
Bu barədə aparıcı Zaur Kamal məlumat yayıb.
Aparıcı Elnarə Abdullayevaya “Amma deyəsən sizə villanın tikilməsində köməklik ediblər. Oranın tikilməsində sizə sement, daş, qum veriblər” deyib, müğənni isə buna sərt etiraz edib.
“Kim kömək edib? Hərə bir işi görsəydi, bəxtəvər olardım”.