Əməkdar artist Elza Seyidcahan şou-biznesdə olan kişi müğənniləri barədə danışıb.
Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni "ATV maqazin onlarla" verilişində şou aləmində olan kişilərə səslənib:
"Şou biznesdəki kişilərin hamısı bığ saxlasın. Saqqal yox, hamısı bığ. Estafet keçirsinlər. Yaraşdı, yaraşmadı bir-birinə ötürsünlər. Əsl bığa layiq kişilər azərbaycanlı kişilərdir.
Eyyub Yaqubovun bığı xoşuma gəlir. Qəşəng bığı var. Xoşlayıram ki, kişi kobud, xasiyyəti yumuşaq olsun. Mənim üçün maraqlıdır Nadir Qafarzadə. Arada saxladı və dəyişdi. Şou-biznesdəkilərin bəzisi bığ saxlayır, mənasını bilmir".
İfaçı estetik əməliyyat etdirən müğənniləri lağa qoyub: "Niyə özlərinə belə əl atıblar. Üzlərinə, dodaqlarına, burnuna gel doldurub, çənəni uzadırlar. Sonra da gel əriyir bığ əyilir. İndi müğənnilərə baxıram, oxumasalar tanımıram. Deyirəm, niyə özlərinə belə əl qatıblar, nə baş verir?".