Plastik cərrah Dr. Julian De Silva "Gözəlliyin Yunan Qızıl Nisbəti"ni - ideal üz və ya bədən konturunu təyin etmək üçün istifadə edilən ölçüdən vasitəsilə ən gözəl supermodelləri seçib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, De Silvaya görə, bu modellərin üz cizgiləri elmi mükəmməlliyə ən yaxın olanlardır. Göz, qaş, çənə və dodaqlarında yüksək nəticə əldə edilib.
O, Keyt Mossu podiumların mübahisəsiz kraliçası və ən gözəl supermodel adlandırıb: "Onun mükəmmələ yaxın olan çənə xətti və çənəsi onu təbii gözəlliyin təcəssümü kimi fərqləndirir."
De Silva bildirib ki, 44 yaşlı Gisele Bündçen üçüncü, 34 yaşlı Jordan Dunn isə "ən gözəllərdən biri" olmasına baxmayaraq, burnunun forması və alın ölçüsünə görə "düşərək" dördüncü yerdə qərarlaşıb.
Bu arada, 33 yaşlı Emili Ratajkovski 9-cu yerə düşüb. Mükəmməl burnuna baxmayaraq, "qaşları (79%) və çənə xətti (76,8%) üçün aşağı ballardan məyus oldu".
Təəccüblüdür ki, sonuncu yerdə 54 yaşlı Naomi Kempbell qərarlaşıb.
De Silvanın fikrincə, o, qaşlar üçün ikinci ən yüksək bal (89,9%) və çənə üçün ən aşağı bal (80,4%) alıb.
"Qızıl nisbət" adlanan nəticə, aktrisa Haley Biberin dünyanın ən gözəl qadınları arasında olduğunu, aktyorlar Reje-Cin Peyc və Aron Taylor Consonun da ən cazibədar kişilər arasında seçildiyini ortaya qoydu.