Aparıcı Elgiz Əkbər
09 oktyabr 2021 11:48 (UTC +04:00)

Aparıcı Elgiz Əkbər

Elgizin işi polislik oldu - ŞİKAYƏT ETDİ... - VİDEO

"Sosial şəbəkədə xəbər portalları mənlə bağlı məlumatlar qoyurdu. Bir adam oturub hər yerdə məni təhqir edirdi. Bir gün keçdi öz səhifəmdə təhqir etdi. Sonra öz səhifəsində xəbərlər paylaşıb, tanınmışları təhqirə başladı. Düşünür ki, bu yolla diqqət çəkib pul qazanacaq. Bunun üçün qurbanlıq quzular idik biz".

Lent.az ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, sosial şəbəkədə onu təhqir edən izləyicini polisə şikayət etdiyini bildirib:

"Bir gün Xatun (müğənni - red.) mənə atdı ki, bir səhifə var. Bir neçə sənət dünyasında olanları təhqir edir, səni də edib. Baxdım, şok oldum. Şəxsi profilimi qırıb, şəkillərimi oğurlayıb, tərbiyəsiz formada sözlər yazıb və yayıb. O gündən “Facebook” səhifəmi bağladım. Dedim, onu bağışlamaram. Polisə verdim, iki günə onu tapdım. İşimi atıb gəldim ki, kimdir, məndən nə istəyir? Balacaboy biri, onu görüb şok oldum. Dedim, bu halınla məni təhqir edirsən? Evdən çıxanda güzgüyə baxırsan? Sən kimsən? Yağış yağır, ailəsi gəldi xahiş etdi. Başladı ağlamağa, üzr istəməyə. Nəyə lazım idi?".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13524
avatar

Yalçın UĞUR

Oxşar yazılar