10 gün öncə “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində Əfsanə Cəfərova efirdə qayınanası Faxrəndə İbrahimovanı itələyərək ölümünə səbəb olduğunu etiraf etmişdi. Sonra aparılan araşdırmalarla məlum olub ki, hadisəni o yox, sevgilisi olduğu iddia edilən, ərinin əmisi oğlu Seymur Cəfərov törədib.
Lent.az xəbər verir ki, fevralın 10-da isə proqramda Əfsanənin uşaqları atasına qovuşub.
Həmin anı əks etdirən videonu təqdim edirik: