Meyxanaçı Namiq Qaraçuxurlu həmkarları barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “7 canlı” verilişində bildirib ki, dinlədiyi meyxanaçı yoxdur:
“Dinlədiyim meyxanaçı yoxdur. Bəyəndiyim istedadlar var. Bəlkə məndən də yaxşıdırlar. Amma indi elə bir meyxanaçı görmürəm ki, hərtərəfli olsun. Düşüncəsi, səhnəyə yaraşığı üst-üstə düşən. Öz dövrümüzdən rəhmətlik Aydın Xırdalanlı, Mehman Əhmədli idi. Aydın rəhmətə getdi, Mehman da fəaliyyətini davam etdirir. Bəziləri isə sənətdən uzaqlaşıblar”.