Damla OD PÜSKÜRDÜ:  "Öz balan şəhid olsun"
24 sentyabr 2022 14:10 (UTC +04:00)

Damla OD PÜSKÜRDÜ: "Öz balan şəhid olsun"

Müğənni Damla növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında paylaşdığı fotolara tənqidi şərh yazan izləyiciyə cavab verib.

Belə ki, Damla izləyicisinin "Ayıb olsun, öz balan şəhid olsun. Onda biləcəksən analar nələr yaşayır. Nə vecinizə? Heç əziyyət çəkməyib belə ulduz oldunuz və indi konsert verirsiniz" şərhini, "Kim konsert verir? O hansı konsertdir ki, mənim xəbərim yoxdur? Qaldı ki, balamın şəhid olmasına, şəhidlik ali mərtəbədir. Allah o zirvəni hər kəsə nəsib etməz. Qədərimizdə nə varsa, onu yaşayacağıq.
Hər gün bir az daha sizin kimi beyinlərlə bir ölkədə yaşadığım üçün çox üzgünəm"
- deyə, cavablandırıb.

 

# 7890
avatar

Nigar Namiq

Oxşar yazılar