Bu dəfə bəy yox, gəlin ağ atlı  oldu
28 avqust 2024 16:46 (UTC +04:00)

Bu dəfə bəy yox, gəlin ağ atlı oldu

Türkiyənin Mersin şəhərində yaşayan Düriye Duyqu Gür ərə gedərkən atasının vəsiyyətini yerinə yetirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, gəlinin atası ona ağ at belində gəlin köçməyi vəsiyyət edibmiş

Düriye Duyqu bir at fermasında ağ at tapıb və bir həftə məşq edərək at minməyi öyrənib.

Beləliklə o, qonaqların təəccüblü baxışları altında məclisə atla daxil olub. 

Bəy  qayınatasının vəsiyyətinə əməl etdiklərinə görə özünü rahat hiss etdiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar