Britni Spirsin toyunda çağırılmamış qonaq
10 iyun 2022 08:58 (UTC +04:00)

Britni Spirsin toyunda çağırılmamış qonaq

Ötən gün baş tutan toy mərasimində pop star Britni Spirsin qanını qaraldan hadisə baş verib.

Lent.az xəbər verir ki, toya müğənninin keçmiş əri də gəlib. 40 yaşlı gəlin 28 yaşlı bəylə (Sem Əsgəri) toy hazırlıqlarını tamamlayarkən Britninin keçmiş əri onun lüks villasına gələrək hay-küy salıb. Hadisə yerinə gələn polis keçmiş əri villadan uzaqlaşdırıb. Onun başqa qayda pozuntusuna görə axtarışda olduğu bildirilir.

Qeyd edək ki, Britni keçmiş əri ilə 2004-cü ildə cəmi 55 saat evli olub.

Xoşagəlməz hadisənin yeni ailə quran cütlüyə pis təsir etdiyi hiss olunur. ABŞ mediası yazır ki, mərasimdə təzə ər və arvad dilxor idilər.  

# 2223
avatar

Oxşar yazılar