“Bir yumurtanı mənə min dollara satıb,  aldanmışam”- Manaf Ağayev
28 oktyabr 2024 19:17 (UTC +04:00)

“Bir yumurtanı mənə min dollara satıb, aldanmışam”- Manaf Ağayev

Müğənni Manaf Ağayev verilişlərdən birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o mərd, kişi adamlar barədə danışıb.

“O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib sonrada deyib ki, mənə 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam... Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. O ki məni düşünüb və bunları gətirib.

Kişi deyilən bir söz var. Bu gün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın, hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Amma quru bir söz və ya bir fincan çayla hər şeyimi əlimdən almaq mümkündür”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar