Bir neçə nəfəri  zəhərləyən   məşhur prodüser edam edildi
01 aprel 2024 12:09 (UTC +04:00)

Bir neçə nəfəri zəhərləyən məşhur prodüser edam edildi

“Yoozoo Games” yaradıcılıq şirkətinin rəhbəri Xu Yao 2020-ci ildə şirkətin qurucusunu zəhərlədiyinə görə ölüm cəzasına məhkum edilib və edam hökmü yerinə yetirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Netflix platformasında yayımlanmış məşhur serialların prodüseri işgüzar münaqişə zəminində biznes partnyorunu zəhərləyərək öldürüb. 

Şanxay Birinci Xalq Məhkəməsi bildirib ki, Xu Yao şirkətin qurucusu Lin Qi-ni 2020-ci ilin dekabrında zəhərləyib.

Lin Qi zəhərlənmiş puer çayı içdikdən sonra özünü pis hiss edib və 10 gün sonra ölüb. 

Xu Yao 2020-ci ilin sentyabrından dekabr ayına qədər ofisdə içkilərə zəhər qatdıqdan sonra daha dörd nəfəri zəhərləsə də, onlar ölməyib. 

 

# 2535
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar