Beynindən əməliyyat olunan tanınmış aktyor efirə çıxdı
Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev beyin əməliyyatından sonra ilk dəfə efirə çıxıb.
Lent.az-ın xəbərinə görə, aktyorun bədənində, xüsusən əllərindəki əsməni dayandırmaq üçün onun beyninə xüsusi aparat (beyin pili) qoşulub.
"Bu əməliyyatdan sonra əlimin əsməsi tamamilə dayanıb. Özümü də yaxşı hiss edirəm. Buna baxmayaraq özümü nəzarətdə saxlamalıyam. Mən gərək stresdən uzaq olum, əsəbiləşməyim",- deyə aktyor bildirib.