Aylar öncə evinə gəlin gətirdi, indi toy etdi -  FOTO
14 iyul 2021 17:13 (UTC +04:00)

Aylar öncə evinə gəlin gətirdi, indi toy etdi - FOTO

Əməkdar artist Bəsti Sevdiyeva iyulun 13-də oğlu Ayxana toy edib.

Lent.az xəbər verir ki, pandemiyaya görə, oğluna toy edə bilməyən ifaçının xeyir işinə şou-biznesin tanınmış simaları qatılıb. 

Qeyd edək ki, Əməkdar artistin oğlu Ayxan Gülarə adlı stomatoloqla evlənib. B.Sevdiyeva aylar öncə gəlini, oğlu ilə birgə efirə çıxmışdı. O zaman bildirmişdi ki, gəlinini xeyli müddət öncə evinə gətirib:  

“Oğluma elçi getmişdik, amma “Hə” olmamışdı. Hər gün evimizdə söz-söhbət olurdu, Ayxana deyirdim ki, evlən. Artıq evlənən yaşındı. 28 yaşı var idi, iki il də nişanlı qaldılar. Qız toyu olub, amma oğlan toyu olmayıb. Karantinin bitməsini çox gözlədik, sonda qız tərəflə danışdıq, belə qərara gəldik ki, gəlini evimizə gətirək. Evimizdə kiçik bir məclis qurduq, gəlini evimizə gətirdik. Nə edək ki, belə alındı. Mən də anayam, arzularım var idi. Oğluma toy etmək istəyirdim”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15141
avatar

Yalçın UĞUR

Oxşar yazılar