Britni Spirs heç bir zaman atası ilə barışmayacağını deyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Britninin atasının vəziyyəti pisləşib, onun ayağı amputasiya edilib.
Britni sosial şəbəkə hesabında uşaqlarının və atasının şəkillərini paylaşsa da, onunla barışmaq niyyətində olmadığını deyib.
“O mənə çox ağrı verib. Ölsə və ya qalsa, fərqi yoxdur, bağışlamam mümkün deyil. Atamın himayəsində olduğum müddətdə ondan işgəncə görmüşəm. Atam mənə rişxəndlə yanaşıb. Onun oğlumla olan şəkillərini sadəcə bəyəndiyim üçün paylaşmışam”, - o qeyd edib.