"Atam məni Yaşar Nurinin qızı ilə evləndirmək istəyirdi" - Zaurdan ETİRAF
27 iyun 2022 13:41 (UTC +04:00)

"Atam məni Yaşar Nurinin qızı ilə evləndirmək istəyirdi" - Zaurdan ETİRAF

Zaur Kamal özünün aparıcısı olduğu “Həmin Zaur” adlı proqramında maraqlı açıqlamalar verib. 

Lent.az xəbər verir ki, Zaur vaxtilə atasının onu Yaşar Nurinin qızlarından biri ilə evləndirmək istədiyini deyib: 

“O vaxt İncəsənət Universitetində oxuyanda, atam dedi ki, Yaşar müəllimin iki qızı var. Birini bəyən, elçi gedək. Mən də dedim qələt edərəm, o qapıya gedərəm. Yaşar müəllim sonra mənə nələr edərdi?”

Yaşar Nurinin qızı Ülkər Nuri isə cavabında “Nə bilim, qismət.. Mən də İncəsənət Universitetinin Mədəni-maarifini bitirmişəm. Pis olmazdı” - deyə bildirib. 

# 7407
avatar

Oxşar yazılar