Şəbnəm Tovuzlu: "Arzumdur ki, oğlumun dörd həyat yoldaşı olsun"
07 iyul 2022 17:45 (UTC +04:00)

Şəbnəm Tovuzlu: "Arzumdur ki, oğlumun dörd həyat yoldaşı olsun"

"Arzumdur ki, oğlumu 4 dəfə evləndirim" - ŞƏBNƏM

"Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur..."

Lent.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Instagram" hesabında açdığı canlı yayımda deyib. O, övladları barədə arzularını açıqlayıb: 

"Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır".

İfaçı oğlunu 4 dəfə evləndirməyi arzu etdiyini bildirib:

"Arzumdur mənim... Çünki çox nəvə istəyirəm. Ona görə də, arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim".

# 3156
avatar

Nigar Namiq

Oxşar yazılar