"Allahdan möhlət istəyirəm ki, körpəmi böyüdüm" - Əməkdar artist
18 fevral 2022 16:15 (UTC +04:00)

"Allahdan möhlət istəyirəm ki, körpəmi böyüdüm" - Əməkdar artist

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva övladı barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa "Xəbər-ətər" verilişində deyib:

"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm. Allah nə veribsə,  şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm.

Həyat yoldaşıma deyirəm ki, görəsən, məni sevməyən var? O da deyir, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3132
avatar

Yalçın UĞUR

Oxşar yazılar