“Ailə qurmaq fikrim yoxdur”   - Günel Zeynalova
09 aprel 2024 20:00 (UTC +04:00)

“Ailə qurmaq fikrim yoxdur” - Günel Zeynalova

Azəri qızı kimi tanınan məşhur müğənni Günel Zeynalova şou-proqramlardan birində şəxsi həyatı barədə danışıb.

Lent.az-ın xəbərinə görə, o evlənmək niyyətində olmadığını deyib.

“Kişilərin içinə elə bil şeytan dolur, birdən-birə hər şeyi məhv edirlər. Mənim həyatımda da oldu. Səhv etdi, səhvini anlaması uzun sürmədi, 1 həftə sonra peşman olduğunu bildirdi, amma gec idi. Mən onu bağışlayarammı?

Bu sualın cavabını bilmirəm. Böyük danışmaq istəməzdim, bundan qorxuram. Zaman hər şeyin dərmanıdır. İndi ailə qurmaq barədə heç düşünmürəm. Sənətimlə məşğul oluram. İstəyirəm estetik əməliyyatlarımdan yox, sadəcə sənətimdən danışsınlar”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9750
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar