Xalq artisti Abbasla Zamiqi barışdıracaq - VİDEO
20 dekabr 2019 16:30 (UTC +04:00)

Xalq artisti Abbasla Zamiqi barışdıracaq - VİDEO

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdıracaq.

Lent.az-ın məlumatına görə, müğənni bu barədə "Show news" verilişində deyib:

"Zamiqlə aramızda anlaşılmazlıq olmuşdu. Bizi Abbas Bağırov barışdırdı. Gəlib dedi ki, biz birik, küsüb-barışarıq, borcumdur sizi barışdırım. Zamiqlə barışanda Abbas sevindi. Üstündən 1 ay keçdi, onlar küsdü. Amma onların küsülülüyü uzun çəkdi.

Abbas Zamiqi çox istəyir. Hər dostumun xasiyyətini bilən adamam. Zamiq heç vaxt dedi-qodu etməz, dost arxasınca danışmaz. İkisi də qız bürcüdür, kişidir. İkisində də eqoistlik və tərslik var. Abbasdan daha çox istəyəcəm, bu barışığa addım atsın. Çünki məni həmişə barışığa Abbas itələyib".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1297

Oxşar yazılar