Xalq artisti Simarə İmanova “5/5” verilişində gözlənilməz açıqlama verib.
Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bu yaxınlarda 18 yaşlı oğlu Məhəmmədə toy edəcək:
“Özümü çox xoşbəxt hiss edirəm. Oğlumu evləndirirəm. İnanın, qohumları bizə yığmışam ki, evdə onlara xəbər verəm. Amma efirdə dedim. Doğmalarımın xəbəri yoxdur. Elçi gedəcəyik. Oğlumun öz seçimidir. Uzaqdan qohumumuzdurlar. Çox sadə insandırlar”.