Ötən gün mətbuatda müğənni Nazəninin illərdir qalmaqalda olduğu Təranə Qumralı instaqram səhifəsindən “blok”dan çıxarması xəbəri dərc olunub.
Lent.az xəbər verir ki, məsələ ilə bağlı müğənni Nazəninin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir:
“Öncə onu demək istərdik ki, Nazənin xanım ümumiyyətlə, instaqramda “blok”a atmağı və “blok”dan çıxarmağı bilmir. Bir müddət öncə Nazənin xanımın instaqramında texniki problemlər var idi. Əsas olan odur ki, insan virtual yox, real həyatda insanların “blok”unda olmasın. Bu xəbəri yazdıran Nazənin xanımın ömürlük “qara siyahı”sındadır. Onu oradan çıxartmaq mümkün deyil. Nazənin xanımın bu uşaq oyunlarına ayıracaq zamanı yoxdur. Hazırda ailəsi ilə birgə Gürcüstanda istirahət edir. Onu da əlavə edək ki, bundan öncə dərc olunan xəbəri yazan saytlarla əlaqə saxladıq, söylədilər ki, bunu bizə Təranə Qumralın mətbuat katibi göndərib. Jurnalistlərdən xahiş edirik ki, bu cür lazımsız məlumatı yazmadan öncə Nazənin xanım tərəfdən də rəy alasınız. Nazənin xanım qarşı tərəflə nə dost, nə də düşməndir”.