Azərbaycanlı müğənni Niyam Salami borca düşüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "ATV maqazin onlarla" verilişində deyib:
"Müflis olmuşam, Niyam kasıblayıb. İş görmək üçün bankdan on min götürdüm. Hamısını da işə qoydum. İndi əzab çəkirəm. Ürək-dirək verirlər ki, narahat olma, yaxşı olacaq".