Müğənni Şəbnəm Tovuzlu (Əsədova) həmkarı Damla barəsində danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "Ən yaxşısı" verilişində bu sözləri deyib :
"Mən 10 ildir oxuyuram, 5 ildir sima olaraq tanınıram. Gündəmim də, ifalarım da, sevənlərim də yerindədir. Hara gedirəmsə, yaxşı qarşılanıram. Efirlərin birində aparıcı Damlaya da, dedi ki, bir gün sizi birlikdə çağıracam. İkimiz də demişik ki, İnşallah.
Lap Damla yox, başqası olsun, Gülyanaq Məmmədovadan yüksək deyil. Gülyanaq xanımla eyni səhnəni paylaşmışam. Onun telinin bacardığını Damla bacarır? Mən, Damla heç onun telinin bildiyini bilmirik. Gülyanaq xanımla verilişdə olmuşam, muğam oxumuşam.
Deyirlər, Damlanın öz yolu var. Hamı eyni janrı oxuyur. Bizləri Röya və Aygün Kazımova ilə müqayisə etməyin, onların yolu fərqlidir.
Bu gün efirə tək çıxmaq Xumar Qədimovaya, Aygün Kazımovaya yaraşır. İllərin sənətkarıdır, danışacaq mövzusu var. Onlara saatlarla vaxt lazımdır. Bu gün mən, Damla efirə tək çıxmalı deyilik".