Roza Corcu evləndirir: "Mən yox, həyat yoldaşım ona..."
30 dekabr 2019 15:01 (UTC +04:00)

Roza Corcu evləndirir: "Mən yox, həyat yoldaşım ona..."

Müğənni Roza Zərgərli Lent.az-a müsahibə verib.

- 2019-ci il Roza Zərgərlinin həyatında necə yadda qaldı?

- Əslində 2019-ci il mənim üçün çox məhsuldar oldu. Ard-arda mahnıalrım işıq üzü gördü. İndi 3 yeni mahnım var. Həmkarım Əkbər Əliyevlə Türkiyədə çəkdiridyim klipim işıq üzü gördü. Çox uğurlu oldu, sevildi. Mənə elə gəlir ki, 2020-ci ilin ortalarına qədər bu mahnının abu-havası davam edəcək. Qazaxıstanda "Qazax Music Awards" mükafatına layiq görüldüm. Aparıcılıq etdiyim “Bakı vaxtı ilə” verilişinə görə də mükafat verdilər. Bu mənim aldığım ilk mükafat deyildi. Bu il uğurlarım çox oldu.

 - Mənəvi oğlunuz Corc Qafarov Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin üzvü seçildi. Bu da sosial şəbəkədə çox müzakirə olundu. Söylədilər ki, Roza Zərgərliyə görə seçilib...

 - O seçilən gün mən Qazaxıstanda idim. Gecə qayıtmışdım. Hamı telefonuma təbrik yazırdı. Amma mən elə bilirdim ki, təbriki Qazaxıstanda aldığım mükafata görə edirlər. Sonradan dedilər ki, Corc bələdiyyəyə üzv seçilib, ona görə təbrik edirik. Yazılan tənqidlərə fikir vermirik. Övladlarım artıq haqsız qınaqlara öyrəşib. Bu işdə mənim əlim yoxdur. Olsaydı, Corc 1-ci sırada olardı. Sizcə, 2 milyona yaxınlıq səhifəmdə Corca səs istəsəydim, nəticə indikindən pis olardı? Corc siyahıda 3-cü olub. Yəni 15-cidir. Oğlum Suraxanı rayonunda böyüyüb. 14 yaşına qədər bu rayonda yerləşən uşaqlar evində qalıb. Uşaq evinin rəhbəri mənə zəng elədi və danladı. Dedi, siz bilirdiniz, bəs bizə niyə xəbər vermirdiniz ki, biz də gedib onun üçün səs verərdik. Cavabında dedim ki, Corcun mənsiz hara qədər gedə biləcəyini görmək istəyirdim. Yazılan tənqidləri gördüm, elə onların acığına, bundan sonra Corca 100 faiz dəstək olacağam. Çünki mən ona dəstək olmadan çox şər atdılar. Elə ona görə də dəstək olum, deyilənlər mənə pis gəlməsin. Qaraçuxur sakinlərinə təşəkkür edirəm, mənim ürək parama etimad göstəriblər.

- Oğlunuzun ata adının yerində XX yazılmışdı. Bu da sosial şəbəkədə müzakirə olundu...

- Corc yazılanlara pis reaksiya vermədi. Çünki Corc ali məktəbi və hərbi xidməti də XX-la bitirib. Heç bir zaman da buna görə pis olmayıb. Çünki Corc atasını da tanıyır, bilir ki, şəxsiyyət vəsiqəsinə niyə XX yazılıb. Sadəcə, onun sənədləri xarici ölkədədir. Biz 2 ildir bunu məhkəmə yolu ilə almaq istəyirik. Əgər Roza Zərgərli belə gücə malik idisə, bu məsələni həll edərdi. Yazanların çoxlarının atası məlum deyil. Savadlı insan belə yazmaz. Corcun atası, anası, soyadı da bəllidir.

 - Corcun bələdiyyəyə üzv seçilməsinə həyat yoldaşınızın reaksiyası necə oldu?

- Normal. Dedi ki, öz ayağı üstə dura bilirsə, getsin bacarsın. Əslində həyat yoldaşım ona yaxşı dəstək ola bilərdi. Boş yazanlar bunu bilsin. Mənə maraqlıdır, qızım Bənövşə də seçilsəydi, elə yazacaqdılar?

- Corcu evləndirmək niyyətindəsiniz?

- Demişdim ki, öncə övladımın verdiyi qərarla tanış olaram, sonra özüm qərar verərəm. Oğlumun da seçimi elə gözəl olub ki... Mən də o seçimlə razı oldum. Əsgərliyi yeni bitirib. Öz işini qurur, evinin təmiri ilə məşğuldur. Mənə deyir ki, ailə qurub, xanımımı sənin evinə niyə gətirim? Deyir ki, ailə qururamsa, öz ayağım üstündə durmağı bacarmalıyam. Məndən olsaydı, artıq bu il evliydi. Allah qoysa, 2020-ci ildə ailə qurar.

 - Bir müddət öncə şou-biznesdə belə bir müzakirə gedirdi ki, Roza Zərgərli mərhum Xalq artisti İlhamə Quliyevanın yerinə gəlmək istəyir...

- Roza İlhamə Quliyevanın yerinə gələ bilməz. Onun yerinə gəlmək istəyənə Allah rəhmət eləsin, gəlsin. Sadəcə, İlhamə Quliyeva ilə zahiri görünüşümüz oxşayır. Mən İlhamə Quliyeva kimi kəskin ola bilmərəm. Mən mülayiməm.

 

- Şou aləmində küsülü olduğunuz müğənnilərlə nə zamansa barışacaqsınız?

- Mən küsülü olanda barışmaq üçün ayaq yeri də qoyuram. Amma hazırda küsülü olduğum insanlara qəbir evində də barışmayacam. O insanlardan deyiləm ki, “Allah bilən məsləhətdi” , “Bayramdı barışıram”, deyim və barışım. Kəsdiyim insanları ömürlük kəsirəm.

- Dindirmədiyiniz məşhurlardan biri də müyxanaçı Namiq Qaraçuxurludur. Barışıq olacaq?

- Mən Namiqlə küsülü deyiləm, sadəcə, onu dindirmirəm. On adamı dindirmirəm. Aramızda bölə bilməyəcəyimiz nəsə yoxdur.

 

- Söyləmişdi ki, Roza özünü mənimlə reklam edir...

- Mən? Məncə, Namiqin dediyi yox, mənim dediklərim gündəm olur. Namiq elə kişidir ki, qadınla qalmaqal etməz.

- Şou-biznesin hazırki durumu sizi qane edir?

- Yox, indi baş ayağın, ayaq başın yerindədir. İndi hamı “Mən-mən” deyir. Mən şou-biznesin nə kralı, nə də kraliçası deyiləm ki, onları yerbəyer edəm. Yerimdən məmnunam. Öz yaradıcılığımla məşğulam. Allaha şükür ki, tamaşaçı məni o ağılsız, savadsız müğənnilər sırasında görmür.

- Həmkarlarınız deyirlər ki, müğənnidən nə qız alarıq, nə də müğənniyə qız verərik...  

- Bu sözü deyənlər arasında dostlarım da var. Amma inciməsinlər, onda özləri nə yaxşı müğənnidir, nə də yaxşı insan. Nə olub müğənnilərə? Bu bizim peşəmizdir. Şəxsiyyətimiz deyil ki... "Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin özlərinin şəxsiyyətlərinə şübhələri var. Oğluma incəsənət sahəsindən qız alaram. Bu nə deməkdir ki?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40851

Oxşar yazılar