Əməkdar artist Könül Kərimova xəstəxanaya yerləşdirilən oğlu Rəşad barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Şou ATV" verilişində övladından danışan zaman göz yaşlarını saxlaya bilməyib:
"Elə bildim dünyanın axırıdır, qiyamətdir. Buna dözə bilməzdim. Övladlarımdan ötrü hər şeydən keçərəm. Bir burulğan idi, gəldi keçdi.
Verilişdə idim, çıxanda Cabbar Musayev zəng vurdu ki, xəstəxanaya getməliyik. Getdim, hamı məndən gizlətdi. Oğlum əməliyyat olunubmuş. Heç nə olmamış kimi xəstəxanada ailəm məni qarşıladı. Xəstəxanada Rəşadı danlayırdım ki, bundan sonra mənə qulaq asarsan. Yenə də demirlər ki, əməliyyatdan çıxıb.
Evə gəldik, oturub çay içdik. Sonra açdılar ki, Rəşad əməliyyat olundu. Düzgün qidalanmamaq, siqaret, gec yatmaq, içkilər bu hala saldı".