Əməkdar artist Könül Kərimova oğlunun gələcək həyatından danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “7 canlı” verilişində bildirib ki, gələcək gəlini onun istədiyi kimi olmalıdır:
“Mən “Əşi, təki öz istədiyi olsun” fikri ilə razı deyiləm. Çünki çox təəssüf olsun ki, indiki övladlar yanlış seçim edir. Oğlum düzgün seçim etsə, qurban kəsərəm. Onda qarışmaram. Təəssüf ki, çox vaxt düz seçim olmur. Mən istəyirəm ki, gəlinim ən əsası ağıllı, tərbiyəsi olsun. Varlı istəmirəm. Özümün hər şeyim var. Onu suvenir kimi bəzəyib, evə gətizdirəcəm”.