İbrahim Tatlısəs güllələndiyi şouya yenidən qayıdır
08 yanvar 2020 16:12 (UTC +04:00)

İbrahim Tatlısəs güllələndiyi şouya yenidən qayıdır

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yenidən səhnəyə qayıdır.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İbo oğlu Amet Tatlının saç əkilməsi məkanının açılışına qatılaraq, bir sıra açıqlamalar verib. O, bildirib ki, yenidən “İbo şou” verilişini aparacaq: “Sizə bir müjdə verə bilərəm. “İbo şou” yaxın zamanlarda ekranlara qayıda bilər. Millət çox istəyir. Sadəcə, verilişdə otursun deyirlər. Mən də bu sözlərdən ilhamlandım. Daha yerimdə durmayacağam, mahnılar da oxuyacam. Çünki iflic, sadəcə ayaq və əlimi vurub. Səsimdə iflic yoxdur”.

Xatırladaq ki, İbrahim Tatlısıs 2011-ci il martın 14-də gecə Beyaz TV-də yayımlanan "İbo şou" verilişindən çıxanda silahlı hücuma məruz qalmışdı. Maşınına mindikdən az sonra başqa bir maşınla qarşısı kəsilən və 11 dəfə atəş açılandan sonra İbrahim Tatlısəs başından ağır yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4597

Oxşar yazılar