Aygün Kazımovanın ən böyük arzusu - VİDEO - AÇIQLADI
24 dekabr 2019 11:37 (UTC +04:00)

Aygün Kazımovanın ən böyük arzusu - VİDEO - AÇIQLADI

Xalq artisti Aygün Kazımova ən böyük arzusunu açıqlayıb.

Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən müğənni bildirib ki, arzusu böyük evə sahib olmaqdır:

"Aygün Kazımova konsert verir, dərdə düşür, paltarlarına baxır, fikirdən yata bilmir. Onları saxlamaq dərddir. Böyük anbarda saxlayıram. Dəhlizdə özümə şkaf tikmişəm.

Evdə paltardan yer yoxdur. Ən böyük arzum böyük, pavilyon kimi evim olsun. Səhnə paltarlarım, şoum üçün istifadə edilən əşyalar, dekorasiyalar rahat nəfəs alsın. 2020-ci ildə bu arzuya çataram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1873

Oxşar yazılar