Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva və kürəkəni Kənanla şəklini paylaşıb. Lent.az-ın məlumatına görə, müğənni övladının nişanından olan şəklinə təəssüratlarını bu cür qeyd edib:
"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".
Qeyd edək ki, Aynişanın nişanlısı onun trenajor müəllimi olub.