24 illik evlilikdə  xəyanət   böhranı -  Böyük təzminat   istədi...
19 fevral 2025 19:27 (UTC +04:00)

24 illik evlilikdə xəyanət böhranı - Böyük təzminat istədi...

Aktyor Cenk Torunun həyat yoldaşı Nevin Torun "zina" səbəbi ilə boşanma iddiası qaldırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşının rol yoldaşı Mahassin Merabet ilə münasibətdə olduğunu və serialla birlikdə ailəsini sildiyini iddia edib. Nevin Torun maddi-mənəvi təzminat tələb edərək diqqətəlayiq detallar paylaşıb.

Aktyor Cenk Torun açıqlamasında boşanma davasını təsdiqləyib.

Torun sosial mediadakı açıqlamasında bildirib: "İctimaiyyətin diqqətinə, Cenk Torun ve Nevin Torun haqqında başlayan boşanma işi haqqında bilgi vermək hüquqi olaraq doğru deyil. "Boşanma işi açan Nevin Torunun, əsassız “zina” iddialarına qarşı bütün cavablarımız məhkəməyə, sübutları ilə birlikdə təqdim olunub. Şübhəsiz ki, bu iddialar əsassızdır, doğru deyil. Hörmətli məhkəmə ən düzgün qərarı verəcəkdir".

Ərizədə Cenk Torunun 2023-cü ildə Merabetə bilərzik, 2024-cü ildə isə qızıl, ətir alması, Merabetin də Toruna bahalı boyunbağı və saat aldığı bildirilib. Həmçinin, aralarında pul mübadiləsi olduğu, hətta Torunun, Merabetə öz ölkəsinə gedərkən təyyarə bileti aldığı iddia edilib.

Nevin Torun Cenk Torunun dekabrın 4-də birlikdə yaşadıqları evi tərk etdiyini, özünə yeni bir ev kirayələdiyini və bu evdə Mahasin Merabetlə birlikdə yaşadığını qeyd edərək maddi və mənəvi təzminat tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526

Oxşar yazılar